Azərbaycanın hərbi təlimlərini diqqətlə izləmişik – Ermənistanın Baş Qərargah rəisi

© Photo : official site of the Ministry of Defence of RAГенерал-майир Артак Давтян
Генерал-майир Артак Давтян - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 25-i Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb

BAKI, 4 iyun — Sputnik. Ermənistan tərəfi Azərbaycanın bu yaxınlarda baş tutan genişmiqyaslı təlimlərini diqqətlə izləyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

"Ermənistan tərəfi Azərbaycanın bu yaxınlarda baş tutan genişmiqyaslı təlimləri diqqətlə izləyib və lazımı nəticələri çıxardıb", - deyə Davtyan bildirib.

Ermənistanın Baş Qərargah rəisi eyni zamanda Naxçıvan istiqamətində atəşkəsin pozulması hallarının artdığını da dilə gətirib.

Qeyd edək ki, mayın 25-i Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə, başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

Xəbər lenti
0