Artıq uzun müddətdir ki, danışmırıq – Tramp dünyanın gözlədiyi etirafı etdi

© REUTERS / Tom BrennerПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp eyni zamanda qeyd edib ki, Si Cin Pinə qarşı şəxsi sanksiyaların tətbiqi nəzərdən keçirilmir.

BAKI, 4 iyun — Sputnik. Artıq uzun müddətdir ki, Çin lideri Si Cin Pinlə danışmıram. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.

O bildirib ki, COVİD-19 pandemiyasının yayılmasına görə Çinin məsuliyyət daşıdığını hesab edir. O düşünür ki, Çin rəhbərliyi hələ ilkin mərhələdə virusun yayılmasını saxlamalı idi.

Tramp eyni zamanda qeyd edib ki, Si Cin Pinə qarşı şəxsi sanksiyaların tətbiqi nəzərdən keçirilmir.

Çinlə ticarət əlaqələrindən danışan ABŞ Prezidenti vurğulayıb ki, Amerika sanksiyalarının tətbiqi ilə bağlı ötən il son 67 ildə Çin iqtisadiyyatı üçün ən səmərəsiz il olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,5 milyonu keçib, 386 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0