Dünyanı lərzəyə gətirən bəlanın qurbanlarının sayı daha bir psixoloji rəqəmi keçdi

© AP Photo / Silvia IzquierdoСитуация в связи с эпидемиологической обстановкой в Бразилии
Ситуация в связи с эпидемиологической обстановкой в Бразилии - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 6 382 652-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 380 318 nəfər vəfat edib, 2 731 342 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 831 min 821 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 423186 328 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0