İğtişaş paytaxta da çatdı: Mağazalar və ofislər...

© REUTERS / JIM BOURGБеспорядки в Вашингтоне
Беспорядки в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
Afroamerikalı Corc Floydun polisin əlində ölməsindən sonra ABŞ-ın Minneapolis şəhərində kütləvi etirazlar və iğtişaşlar başlayıb.

BAKI, 1 iyun — Sputnik. Vaşinqtonda kütləvi etirazlar zamanı nümayişçilər mağazaları, ofis və ticarət binalarını talan etməyə başlayıblar.

Sputnik Azərbaycan RİA Novosti-nin müxbirinə istinadən xəbər verir ki, polis nümayişçiləri Ağ Evdən uzaqlaşdıra bilib. Bir neçə yüz nəfər hazırda prezident iqamətgahından Ay Strit boyunca hərəkət edir. Polis hələlik iğtişaş iştirakçılarını izləmir.

Vaşinqtonda polis əməkdaşlarına su şüşələri və fişəng atan etirazçıların dağıdılması zamanı bir neçə nəfər xəsarət alıb.

Ötən gecə baş verən kütləvi etirazlar və iğtişaşlar fonunda Vaşinqtonun meri Muriel Bouzer şəhərdə komendant saatı tətbiq edib. Paytaxt polisinə dəstək üçün Milli Qvardiya da işə cəlb edilib.

Vaşinqtonda 17 nəfər saxlanılıb. 11 polis əməkdaşı yaralanıb.

Afroamerikalı Corc Floydun polisin əlində ölməsindən sonra ABŞ-ın Minneapolis şəhərində kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Los Anceles, San Fransisko, Beverly Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla 40-dan çox Amerika şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Xəbər lenti
0