09:47 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
40 0 0

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

BAKI, 31 may — Sputnik. Kanadanın Toronto şəhərində anti-irqçi yürüş keçirilib. Yürüş ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən saxlanılan zaman ölməsi ilə bağlı olub.

Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, Kanadadakı aksiya sakit keçib, iştirakçılar əllərində "Ədalət yoxdursa, sülh də yoxdur", "Polisi ləğv edin" və s. yazılmış plakatlar tutublar. Yürüşün təhlükəsizliyini hüquq-mühafizə əməkdaşları təmin ediblər.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

Əlaqədar

ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi

Əsas mövzular