"Günahsız bir quş". Hindistan Pakistanın "casus" göyərçinini azad edib

© pixabay / Michel KwanГолубь, фото из архива
Голубь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli sakinlərin narahatlığına göyərçinin ayağında yazılmış nömrə səbəb olub. Güman edilib ki, bu, mübahisəli ərazidə fəal olan yaraqlılar üçün nəzərdə tutulmuş gizli bir koddur

BAKI, 31 may — Sputnik. Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan göyərçinini həbsdən azad edib.

Sputnik Azərbaycan "Toronto Sun" nəşrinə istinadən xəbər verir ki, göyərçin 2016-cı ilin oktyabrında "həbs olunub". Quş iki ölkə arasında mübahisəli sərhəd zonası üzərindən uçub, Hindistan isə bunu Pakistan tərəfindən izləmə cəhdi hesab edib.

Polis quşu yoxlayan zaman onda şübhəli heç bir şey tapmayıb. Göyərçinin pakistanlı bir balıqçıya məxsus olduğu qeyd olunur. Lakin göyərçinin hansı tərəfə buraxıldığı və onun sahibinə qayıdıb-qayıtmadığı məlum deyil.

"Bu yalnız günahsız bir quşdur", - göyərçinin sahibi Həbibulla bildirib. O, Hindistan vətəndaşlarını quşu polisə vermək əvəzinə ona geri qaytarmağa çağırıb.

Yerli sakinlərin narahatlığına göyərçinin ayağında yazılmış nömrə səbəb olub. Güman edilib ki, bu, mübahisəli ərazidə fəal olan yaraqlılar üçün nəzərdə tutulmuş gizli bir koddur.

Həbibulla isə göyərçinin quş yarışlarında iştirak etdiyini və ayağındakı rəqəmlərin onun sahibinin telefon nömrəsi olduğunu iddia edir.

Qeyd edilir ki, bu cür yarışlar sərhəd kəndlərində çox populyardır və bu və ya digər tərəfdən quşlar vaxtaşırı itir.

Həmçinin iddia olunur ki, quşun pəncəsində "Laşkare-Tayba" islamçı qruplaşmasının üzvləri tərəfindən imzalanmış təhdid məktubu olub.

Xəbər lenti
0