Ermənistanda koronavirusdan ölənlərin sayı 130-a çatdı

© AP Photo / Emrah GurelТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda xəstəlikdən sağalanların sayı 3386 olub. Hazırda bu ölkədə olan 5715 nəfər xəstəxanada müalicə alır

BAKI, 31 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 355 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 130-a çatıb. Xəstəlikdən sağalanların sayı 3386 olub. Hazırda bu ölkədə olan 5715 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 26 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 783-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6 milyonu keçib, 369 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0