Dünyanın iki nəhəng dövlətinin liderləri mübahisə ediblər

© AP Photo / Evan VucciABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel
ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Babası alman olan ABŞ lideri Donald Tramp Almaniya Federal kansleri Angela Merkellə telefon danışığı zamanı mübahisə edib.

BAKI, 30 may - Sputnik. ABŞ prezidenti Donald Tramp və Almaniya Kansleri Angela Merkel arasında baş tutan telefon danışığı zamanı tərəflər “Şimal axını 2” layihəsini, NATO və Çini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki lider arasında ciddi fikir ayrılıqları olub və nəticədə tərəflər mübahisə ediblər.

Ağ Ev yayılan məlumatı hələ şərh etməyib.

Xəbər lenti
0