Ölü sayı durmadan artır, çarə isə tapılmır

© REUTERS / FRANCIS MASCARENHASГоспиталь для лечения пациентов с коронавирусом в Индии, фото из архива
Госпиталь для лечения пациентов с коронавирусом в Индии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb. Bu ölkədə xəstələrin sayı 1 milyon 721 min 750 nəfərə çatıb.

BAKI, 29 may — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 5 813 997-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 360 389 nəfər vəfat edib, 2 418 865 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 721 min 750 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 379 051 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0