“Mən Putinin xoşuna gəlirəm, amma o mənim qələbəmi istəmir”

© REUTERS / Leonhard FoegerPutin və Tramp
Putin və Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. Tramp ikinci dəfə dörd il müddətinə Ağ Evə rəhbərlik etmək fikrindədir

BAKI, 24 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp hesab edir ki, rusiyalı həmkarı Vladimir Putin onun seçkidə qələbə qazanmasını istəmir.

“Mən onun xoşuna gəlirəm, amma fikrimcə, o mənim seçkidə qələbə qazanmağımı istəmir”, - deyə Tramp Full Measure xəbər proqramının jurnalisti Şeril Atkinsona müsahibəsində deyib.

Tramp əlavə edib ki, onun seçkidə qələbə qazanmasını istəməyənlərdən biri də Çindir.

Tramp bundan əvvəl dəfələrlə vurğulayıb ki, onun qədər “Rusiya ilə sərt davranan olmayıb”. Bu bəyanatları ABŞ lideri araşdırma nəticəsində təsdiqini tapmayan “Rusiya ilə əlbirlik” ittihamları fonunda səsləndirirdi. Moskva da öz növbəsində belə ittihamları rədd edirdi. 

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. Tramp ikinci dəfə dörd il müddətinə Ağ Evə rəhbərlik etmək fikrindədir.

Xəbər lenti
0