Camaat canının hayında, o isə qolf oynayır - VİDEO

© REUTERS / Joshua RobertsПрезидент США Дональд Трамп в эфире телеканала Fox News
Президент США Дональд Трамп в эфире телеканала Fox News - Sputnik Azərbaycan
Abunə olmaq
Trampı qınayanların arasında 2020-ci il prezident seçkisində Demokratlar partiyasının namizədi olan Co Bayden xüsusi diqqət çəkib

BAKI, 24 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası zamanı qolf oynamağa gedib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazıb. Oyun zamanı dövlət başçısı sosial məsafə qaydalarını da pozub. Qolf oynayanların əksəriyyətinin üzündə maska olmamasından başqa, Trampın başqaları ilə əl verib görüşməsi də ictimai qınaq doğurub.

Onu qınayanların arasında 2020-ci il prezident seçkisində Demokratlar partiyasının namizədi olan Co Bayden xüsusi diqqət çəkib.

​“Təxminən yüz min insan dünyasını dəyişib, on milyonlarla adam işini itirib. Amma prezident gününü qolf oynamaqla keçirir”, - Bayden sosial şəbəkədə yazıb.

Bundan əvvəl Tramp demişdi ki, Bayden müsbət keyfiyyətlərdən xalidir. Trampdan keçmiş vitse-prezidentin ən güclü xüsusiyyətini açıqlamağa xahiş edəndə o bildirib ki, təcrübəni qeyd edə bilərdi, amma “əslində onun heç təcrübəsi də yoxdur”.

Son məlumatlara görə, ABŞ-da 1.6 milyon adamda koronavirus aşkarlanıb, 97 min nəfər bu virusun törətdiyi COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Xəbər lenti
0