NASA kosmosa qayıdır - Astronavtları Yer orbitinə çıxarmağa hazırdır

© AP Photo / John RaouxЗдание NASA, фото из архива
Здание NASA, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qurum Florida ştatındakı "Kennedi" Kosmik Mərkəzindən iki astronavtı Beynəlxalq Kosmik Stansiyaya göndərməyə hazır olduğunu açıqlayıb

BAKI, 24 may — Sputnik. NASA təxminən 10 ildən sonra kosmosa astronavtları göndərməyə hazır olduqlarını açıqlayıb.

Вид Земли с орбиты Луны - Sputnik Azərbaycan
FOTO
Bu gözəlin adı Yerdir: kosmosdan planetin unikal şəkilləri

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, NASA 2011-ci ildə kosmik servis proqramını dayandırdıqdan sonra ilk dəfə içində astronavtı olan raketi Amerika ərazisindən Yer orbitinə göndərəcək. Qurum Florida ştatındakı "Kennedi" Kosmik Mərkəzindən iki astronavtı Beynəlxalq Kosmik Stansiyaya göndərməyə hazır olduğunu bildirib.

Onların sözlərinə görə, artıq son tamamlanma işləri başa çatmaq üzrədir və gələn həftə, yəni mayın 27-də iki astronavt kosmosa göndəriləcək.

ABŞ Prezidenti Donald Tramp astronavtların kosmosa göndərilməsi mərasiminə qatılacağını açıqlayıb.

Qeyd edək ki, 18 il əvvəl NASA ilə ortaq kosmik araşdırmalar aparmaq üçün qurulan "SpaceX" şirkəti yarandığı gündən ilk dəfə ekipajla uçuş missiyası yerinə yetirəcək. 2011-ci ildən bəri Rusiya Beynəlxalq Kosmik Stansiyaya ekipajlar göndərməyə qadir yeganə ölkədir. ABŞ astronavtlarını "Soyuz" Rusiya kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərmək üçün hər oturacaq sayına görə 10 milyonlarla dollar pul ödəyir.

Xəbər lenti
0