İran dini və mədəniyyət mərkəzlərini açır

© AP Photo / Vahid SalemiСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə başçısı Həsən Ruhani ötən həftədəki çıxışında müqəddəs ziyarətgahların günlük olaraq 3 saat ərzində fəaliyyət göstərəcəyini bəyan etmişdi

BAKI, 23 may — Sputnik. İran dini yerləri və mədəniyyət məkanlarını açır. Sputnik Azərbaycan-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, İran bu gündən etibarən artıq bəzi məkanları açıb. Bura biznes, din və mədəniyyət mərkəzləri aiddir. Bazar günü Iranda müqəddəs say;lan ziyarətgahlar da açılacaq.

Ölkə başçısı Həsən Ruhani ötən həftədəki çıxışında müqəddəs ziyarətgahların günlük olaraq 3 saat ərzində fəaliyyət göstərəcəyini bəyan etmişdi.

Qeyd edək ki, gələn həftədən etibarən İranda bütün işçilər yenidən işlərinə qayıdacaqlar.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 7 min, bu xəstəliyə yoluxanların sayı isə 130 mindir.

Xəbər lenti
0