Çin qalib gəldi! İlk dəfə yeni koronavirus faktı qeydə alınmadı

© AP Photo / Ng Han GuanÇin bayrağı, arxiv şəkli
Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə qədər Çində 82971 koronavirus faktı qeydə alınıb, bunlardan 78258 nəfəri sağalıb, 4634 nəfər ölüb.

BAKI, 23 may – Sputnik. Çində koronavirusun ortaya çıxdığı 2019-cu ilin noyabr ayından bu yana ölkədə ilk dəfə yoluxma faktı qeydə alınmayıb.

Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dörd həkimimizi koronavirus məhv etdi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Milli Səhiyyə Komissiyası son 24 saatda yeni simptomatik – yəni əlamətləri olan yoluxma faktı və ölüm halının qeydə alınmadığını və ötən ildən bu günə bir ilk yaşadığını bildirib. Digər tərəfdən isə asimptomatik – yəni əlamətləri müşahidə edilməyən 28 yeni fakt qeydə alınıb.

Qeyd edək ki, Çinin Uhan əyalətindı əlamətləri olmayan halları müəyyən edib, xəstəliyin yenidən yayılmasının qarşısını almaq üçün vətəndaşlar test edilir. Şəhərin bir çox yerlərində test mərkəzləri yaradılıb. Bu çərçivədə mayın 25-ə qədər 11 milyon vətəndaşın test ediləcəyi planlaşdırılır. Hazırda test yoxlamaları davam etdirilir.

Xatırladaq ki, bu günə qədər Çində 82971 koronavirus faktı qeydə alınıb, bunlardan 78258 nəfəri sağalıb, 4634 nəfər ölüb.

Xəbər lenti
0