“Sarı jiletlilər”in başçısını uşaqla dalaşdığına görə tutdular

© REUTERS / PASCAL ROSSIGNOLПротестующий держит французский флаг и желтый жилет в машине во время демонстрации движения "желтые жилеты" в Сомане, Франция, 8 декабря 2018 года
Протестующий держит французский флаг и желтый жилет в машине во время демонстрации движения желтые жилеты в Сомане, Франция, 8 декабря 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
“Sarı jiletlilərin” irimiqyaslı etiraz aksiyaları Fransada 2018-ci il noyabrın 17-də başlayıb. Onların tələbi yanacaq və benzinin qiymətinin qaldırılmaması idi

BAKI, 19 may — Sputnik. Fransa polisi “sarı jiletlilər” hərəkatının banisi Erik Drueni saxlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, o, həddi-büluğa çatmayan uşağa qarşı fiziki güc tətbiq etməkdə günahlandırılır.

Bildirilir ki, bazar ertəsi axşam Domon kommunasındakı evində Drue rəfiqəsi ilə onun 13 yaşlı oğlunun mübahisəsinə müdaxilə edib. Bundan sonra isə BFMTV-nin məlumatına görə, “böyük qarmaqarışıqlıq” başlayıb.

​2019-cu ilin sentyabrında Drue etiraz aksiyasına özü ilə taxta dəyənək apardığına görə şərti olaraq 500 avro cərimə edilmişdi.

“Sarı jiletlilər”in ilk aksiyasının təşəbbüskarı olan Drue iki dəfə - dekabrın 22-də və yanvarın 2-də razılaşdırılmamış yürüşlərdə iştirakına görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu aksiyaların təşkilinə görə ona martda 2 min avro (500 avrosu – şərti) cərimə kəsiblər. Dekabrın 22-dəki aksiyaya da o, ağac dəyənəklə gəlib. Drue və vəkilinin sözlərinə görə, o, sadəcə, dəyənəyi həmişə içində gəzdirdiyi bel çantasından çıxarmağı unudub.

“Sarı jiletlilərin” irimiqyaslı etiraz aksiyaları Fransada 2018-ci il noyabrın 17-də başlayıb. Onların tələbi yanacaq və benzinin qiymətinin qaldırılmaması idi. Fransa hakimiyyətinin sosial siyasəti ilə razı olmayan etirazçılar ölkə rəhbərliyinin şəraiti yaxşılaşdırmaq üçün tədbirləri elan etməsinə baxmayaraq bütün Fransa boyu mitinqlərini davam etdirirlər. Çox zaman bu etirazlar ixtişaşa, polislə toqquşmaya çevrilir.

 

Xəbər lenti
0