Türkiyə 5 terrorçunu məhv etdi

© AFP 2023 / SAFIN HAMEDPKK terrorçuları, arxiv şəkli
PKK terrorçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumət rəsmilərinin açıqlamalarına görə, hazırda İraqın şimalında 134 PKK terrorçusu yerləşir. Onların yerləşdikləri məkanların təsbit edilməsi üçün pilotsuz kəşfiyyat aparatlarından da istifadə olunur.

BAKI, 17 may — Sputnik. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Gabar ərazisində keçirilən bu əməliyyatda 3 PKK mənsubu zərərsizləşdirilib.

Digər bir məlumat görə, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Avaşin-Basyan bölgəsindəki PKK düşərgələrinə dəqiq zərbələr endiriblər. Nəticədə 2 terrorçu məhv edilib.

Xəbər lenti
0