17:58 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Son 24 saat ərzində koronavirusa 1 757 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 118 392-ə çatıb.

BAKI, 16 may — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1 757 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 1 757 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 118 392-ə çatıb. Bir gün ərzində 78 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 6 937-ə çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 118 392 şəxsdən 93 147 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular