02:46 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
29 0 0

Baş nazir vurğulayıb ki, Rusiya kapitalı ilə Ermənistanda fəaliyyət göstərən şirkətlərə dair məsələləri açıq və detallı şəkildə Rusiya Prezidenti ilə müzakirə edib

BAKI, 16 may — Sputnik. Ermənistanın Baş nazir Nikol Paşinyan hesab edir ki, koronavirusla bağlı yaşanan böhranla bağlı hazırda Rusiyadan idxal olunan qaz qiymətlərinin artırılması üçün yaxşı vaxt deyil. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Bizim bununla bağlı siyasi konsultasiyalarımız davam edir, lakin konkret heç ə deyə bilmərəm. Lakin deyə bilərəm ki, enerji daşıyıcıları bazarında böhran və neft qiymətlərinin kəskin düşdüyü bir dövrdə biz strateji müttəfiqimiz Rusiyadan hazırda qaz qiymətlərinin artırılmasına dair danışıqlar üçün yaxşı vaxt olmadığını gözləyə bilərik. Bu məsələdə koronavirusla bağlı böhranı və sosial problemləri də nəzərə almaq lazımdır", - deyə Paşinyan əlavə edib.

O, qeyd edib ki, rəsmi Yerevan tərəfdaşları ilə danışıqları davam etdirəcək.

Baş nazir vurğulayıb ki, Rusiya kapitalı ilə Ermənistanda fəaliyyət göstərən şirkətlərə dair məsələləri açıq və detallı şəkildə Rusiya Prezidenti ilə müzakirə edib: "Bizim bu məsələ ilə dəqiq razılaşmalarımız var. Bizim maraqlarımız nəzərə alınmaqla bu razılaşmaların yerinə yetirilməsi qalır".

Əsas mövzular