Mobil rabitə qülləsini əhatəyə aldılar – koronavirusdan qorunmaq üçün

© AFP 2023 / Getty Images / Cindy OrdГрафити на стене: "5G убивает"
Графити на стене: 5G убивает - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Böyük Britaniyada da vandallar ən azı 20 ədəd 5G qülləsinə zərər vurublar. Buna səbəb insanların 5G qüllələrinin koronavirusu yaydığına inanması olub.

BAKI, 16 may — Sputnik. Rusiyanın Rostov şəhərinin bir qrup sakini mobil rabitə qülləsini əhatəyə alıblar. Onlar bunu "zərərli radiasiya üzündən koronavirusa yoluxmaq qorxusu" ilə izah ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Rostov Qlavnıy" "Telegram" kanalı yazır.

Надпсиь 5g - Sputnik Azərbaycan
YAZARLAR
Qorxudan xilas yolu: britaniyalı 5G qülləsini, biz isə üzərliyi yandırırıq

Yerli sakinlər mobil rabitə qülləsinə avadanlıq qoşulmaması üçün oturaq mitinq təşkil ediblər. Kanalın dərc etdiyi fotoşəkillərdə görünür ki, qüllənin ətrafında tibbi maskalı bir neçə qadın və kişi toplaşıb. Yaxınlıqda kamuflyajlı paltarda olan insanlar da var, lakin hüquq-mühafizə orqanlarının müdaxiləsi barədə məlumat verilmir.

Xatırladaq ki, Böyük Britaniyada da vandallar ən azı 20 ədəd 5G qülləsinə zərər vurublar. "The Guardian" nəşri xəbər verib ki, buna səbəb insanların 5G qüllələrinin koronavirusu yaydığına inanması olub.

Qüllələrin zədələnməsi və yandırılması halları xüsusilə Liverpul ətrafında və İngiltərənin şərqində qeydə alınıb.

Böyük Britaniyanın iri telekommunikasiya şirkətləri isə müştərilərinə müraciət edərək şəbəkələrin məhv edilməsini dayandırmaq üçün kömək istəyib.

"Vandallar mobil qüllələrə od vuraraq kritik infrastrukturun işini pozublar və 5G ilə COVID-19 pandemiyası arasındakı əlaqəni iddia edən yalan məlumatlar yayıblar. 5G və koronavirus arasında hər hansı bir əlaqənin elmi sübutu yoxdur", - şirkətlərin məktubunda deyilir.

Xəbər lenti
0