Rusiyadan Türkiyəyə: Uçuş üçün ilkin proqnoz verildi

© AFP 2023 / SAEED KHANСолнце, фото из архива
Солнце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ANEX Group şirkətinin prezidenti Neşet Koçkar vurğulayıb ki, Rusiyada turizm mövsümü bir qədər uzadılacaq və Türkiyə rusiyalılar üçün bir nömrəli istiqamət olacaq

BAKI, 16 may — Sputnik. Rusiya ilə Türkiyə arasında uçuşlar bu il yayın sonlarında açıla bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ANEX Group şirkətinin prezidenti Neşet Koçkar danışıb. 

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakıda 5 turist koronavirusa görə xəstəxanaya yerləşdirildi

Onun sözlərinə görə, ölkələr arasında çarter proqramı avqustun 1-dən işə düşə bilər. Eyni zamanda ekspert bildirib ki, konkret proqnoz vermək üçün hələ tezdir.

Koçkar vurğulayıb ki, Rusiyada turizm mövsümü bir qədər uzadılacaq və Türkiyə rusiyalılar üçün bir nömrəli istiqamət olacaq.

"İnsanlar indi çox yorulub. Onlar Türkiyəyə qışda da gedəcəklər. Onlar üçün dəniz və günəşin olmasının fərqi olmayacaq. Qışda çox çarter reys və çoxlu turistlər olacaq" – deyə o bildirib.

Qeyd edək ki, mayın 12-dən etibarən Türkiyədə əcnəbi turistlər üçün yeni qadağalar tətbiq edilib. Belə ki, Türkiyəyə səfər edən əcnəbilər koronavirusun olmamasını təsdiq edən arayış olmadan ölkəyə daxil ola bilməyəcəklər.

Xəbər lenti
0