İsrail digər ölkələrə marixuana satmaq qərarına gəlib

© © Kallos/MTI via APЖенщина ухаживает за саженцами каннабиса в Израиле
Женщина ухаживает за саженцами каннабиса в Израиле - Sputnik Azərbaycan
Abunə olmaq
İsraildə çətənə becərilməsi ilə məşğul olan ən azı səkkiz, marixuana istehsalı və satışı ilə məşğul olan daha bir neçə şirkət mövcuddur.

BAKI, 16 may — Sputnik. İsrail hökuməti tibbi marixuana ixracına dair yekun qərarını verib. Sputnik Azərbaycan "The Times of Israel" nəşrinə istinadla xəbər verir ki, İsrail artıq tibbi marixuananı başqa ölkələrə satmağa icazə verməklə bağlı yekun qərarını açıqlayıb.

Деревня в Физулинском районе - Sputnik Azərbaycan
SİYASƏT
Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Bu sənayenin ölkəyə yüz milyonlarla dollar gəlir gətirməsi gözlənilir. İqtisadiyyat naziri Eli Koen müvafiq fərmanı imzalayıb. Nazirlər Kabineti bu qərarı hələ 2019-cu ilin yanvarında bəyənsə də, o, lazımi müzakirələrdən keçmək üçün Maliyyə və Səhiyyə nazirliklərinin xüsusi Komitələrinə göndərilib.

Məmurlar bütün lazımi sənədləri hazırlayıblar. Marixuana ixracatçıları məhsulu digər ölkələrə satmaq üçün İsrail Səhiyyə Nazirliyindən xüsusi icazə almalıdırlar.

Bildirilir ki, İsraildə çətənə becərilməsi ilə məşğul olan ən azı səkkiz, marixuana istehsalı və satışı ilə məşğul olan daha bir neçə şirkət mövcuddur. Məlumdur ki, onların bir qismi artıq xarici alıcılarla ticarət əlaqəsi qurmaq istədiklərini bildiriblər.

İsraildə bu bitkidən alınan məhsullardan tibbi məqsədlər üçün istifadə edilir və onun rekreasiya istifadəsi qismən dekriminallaşdırılıb. Hakimiyyətin bu barədə müvafiq qərarı 2017-ci ildə verilib.

Xəbər lenti
0