Ermənistanda fövqəladə hal rejimi daha bir ay artırıldı

© Sputnik / Alina Starostina / Mediabanka keçidЕреван, архивное фото
Ереван, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan hökuməti ölkədə yoluxma hallarının hələ də yüksək qalması ilə bağlı fövqəladə hal rejimini iyunun 13-ə qədər artırıb.

BAKI, 14 may — Sputnik. Ermənistanda koronavirus pandemiyası ilə bağlı elan edilən fövqəladə hal daha bir ay müddətinə artırılıb. Sputnik Ermənistan xəbər verir ki, fövqəladə rejimin artırılması haqqında qərarı bu gün hökumət verib.

Belə ki, Ermənistan hökuməti ölkədə yoluxma hallarının hələ də yüksək qalması ilə bağlı fövqəladə hal rejimini iyunun 13-ə qədər artırıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 3860-a çatıb.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 142 nəfər artıb.

Ermənistanda son gündə daha 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 49-a çatıb. Xəstəlikdən sağalanların sayı 1572-yə çatıb.

Hazırda Ermənistanda 2218 nəfər virusdan müalicə alır.

Xəbər lenti
0