Varlıların qidası: ət sadə amerikalılar üçün əlçatmaz olub

© AFP 2023 / GEOFFROY VAN DER HASSELTМясная лавка, фото из архива
Мясная лавка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bahalı ət emalı müəssisələri isə bağlanmır, çünki onların işçilərinin sayı azdır və onlar böyük zavodlardan fərqli olaraq sosial məsafəni və sanitariya normalarını daha uğurla yerinə yetirə bilirlər.

BAKI, 14 may — Sputnik. Koronavirus pandemiyasının Amerikada yaratdığı ət böhranı fonunda ət sadə amerikalılar üçün əlçatmaz olub və yalnız zəngin insanların yeməyinə çevrilib.

Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, "Tyson Foods" və "Cargill" kimi ən böyük Amerika müəssisələri işçilər arasında koronavirusun yayılması səbəbindən son həftələrdə bağlanmağa məcbur olublar. 

Məsələ ondadır ki, iri müəssisələrin əməkdaşlarının əsas hissəsini aşağı gəlirli ailələrdən olanlar, xəstəxana və ya tibbi yardıma çıxışı olmayan miqrantlar təşkil edir.

Министр финансов США Стивен Мнучин, фото из архива - Sputnik Azərbaycan
İqtisadiyyatın məhv olma təhdidi var – ABŞ maliyyə naziri

Epidemiya səbəbindən ABŞ-da ət emalının həcmi azalıb ki, bu da adi ərzaq mağazalarında ət çeşidlərinə təsir göstərib. Lakin böhran bahalı ət seqmentinə, məsələn, adi ətdən iki və ya daha çox dəfə baha olan orqanik ətin qiymətinə təsir etməyib. Bahalı ət emalı müəssisələri bağlanmır, çünki onların işçilərinin sayı azdır və onlar böyük zavodlardan fərqli olaraq sosial məsafəni və sanitariya normalarını daha uğurla yerinə yetirə bilirlər.

"Bloomberg" qeyd edir ki, koronavirus nəticəsində ət ABŞ-da sözün əsl mənasında varlıların yeməyinə çevrilib. Orta statistik vətəndaşların işsizlik və gəlir itkisi ilə üzləşdiyi və ətə daha çox pul ödəmək və ya ətsiz yaşamaq seçimi qarşısında qaldığı bir vaxtda, varlılar nə qıtlıqla, nə də məhsuldan imtina etmək zərurəti ilə üzləşiblər.

Qida və Ticarət İşçiləri Beynəlxalq Birliyinin məlumatına görə, ABŞ-da ən azı 30 ət sənayesi işçisi koronavirusdan ölüb, 10 mindən çox adam isə koronavirusa yoluxub. Həmkarlar ittifaqı mayın 8-də bəyan edib ki, son iki ay ərzində ən azı 30 zavod bağlanıb.

Xəbər lenti
0