Türkiyə yenə bəd xəbər aldı

© AFP 2023 / BULENT KILICСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə  mayın 8-də martın 26-dan bəri ən az ölüm (48), 10-da isə ən az yoluxma qeydə alınsa da, sonrakı günlərdə bu rəqəmlərdə artım müşahidə olunur

BAKI, 13 may — Sputnik. Türkiyədə bir sutka ərzində 1.6 mindən çox adamda koronavirus aşkarlanıb. Yoluxanların ümumi sayı 143 minə çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

“Bu gün 1639 yeni yoluxma təsbit olunub. Ümumilikdə yoluxanların sayı 143114-dür. Bu gün 58 pasiyentimiz dünyasını dəyişdi. Ölənlərin ümumi sayı 3952 nəfər oldu. COVID-19-dan indiyədək 101715 nəfər sağalıb, onlardan 2826 nəfər bu günün payına düşür”, - Koca Twitter-də yazıb.

Qeyd edək ki, Türkiyədə  mayın 8-də martın 26-dan bəri ən az ölüm (48), 10-da isə ən az yoluxma qeydə alınsa da, sonrakı günlərdə bu rəqəmlərdə artım müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. İndiyədək dünyada 4 milyondan çox adam koronavirusa yoluxub, bunlardan 283 mindən çoxu vəfat edib.

 

Xəbər lenti
0