Gürcüstanda təbii fəlakət: Yağış və qar ölkəni iflic edib

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Leysan yağışları azərbaycanlıların yığcam yaşadıqları Laqodexi rayonuna da ciddi ziyan vurub. Qabal çayının daşması nəticəsində Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də evlərin zirzəmisi və həyətyanı sahələr su altında qalıb.

BAKI, 10 may — Sputnik. Gürcüstan ərazisində güclü leysan yağışları və qarın yağması bir sıra problemlər yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi artıb, sel suları körpü və yolları dağıdıb, torpaq sürüşməsi baş verib. Bəzi bölgələrlə quru yol əlaqəsi kəsilib.

Qəbələdə sel - Sputnik Azərbaycan
Ölkə ərazisinə təhlükəli hava cərəyanı yaxınlaşır: Leysan, daşqın və sel gözlənilir

Leysan yağışları azərbaycanlıların yığcam yaşadıqları Laqodexi rayonuna da ciddi ziyan vurub.

Qabal çayının daşması nəticəsində Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də evlərin zirzəmisi və həyətyanı sahələr su altında qalıb.

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir.

Qar uçqunu və torpaq sürüşməsi nəticəsində Batumi-Axaltsixe magistralı bağlanıb.

Gürcüstandan Rusiyaya gedən yeganə Mtsxeta-Stepandsminda-Lars beynəlxalq avtomagistralında avtomobillərin hərəkətinə mədhiyyələr qoyulub, bəzi bölgələrdə ümumiyyətlə avtomobillərin hərəkəti qadağan edilib.

Xəbər lenti
0