NATO-dan Qələbə Günü mesajı – "Birlikdə daha güclüyük"

© AFP 2023 / TOBIAS SCHWARZСимвол НАТО, фото из архива
Символ НАТО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropanın əksər ölkələrində İkinci Dünya müharibəsinin bitdiyi gün – mayın 8-i Qələbə Günü olaraq qeyd olunur. Azərbaycanda isə Qələbə Günü mayın 9-u qeyd olunur

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. "Avropada silahların susmasının 75-ci ili oldu. NATO İkinci Dünya müharibəsinin xarabalıqlarından quruldu". Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Qələbə Gününün 75-ci illiyi münasibətilə "Twitter"-də yerləşdirdiyi məlumatda bildirib.

"Avropada silahların susmasının 75-ci ili oldu. NATO İkinci Dünya müharibəsinin xarabalıqlarından quruldu. Bu gün 30 dost və müttəfiqik. Xatırlayırıq və birlikdə daha güclüyük", - deyə Stoltenberq qeyd edib.

​Qeyd edək ki, Avropanın əksər ölkələrində İkinci Dünya müharibəsinin bitdiyi gün – mayın 8-i Qələbə Günü olaraq qeyd olunur. Azərbaycanda isə Qələbə Günü mayın 9-u qeyd olunur.

Xəbər lenti
0