Gözümüzü dikdiyimiz qonşuda da yoluxanların sayı artdı

© REUTERS / GONZALO FUENTESТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində daha 8 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 288-i sağalıb, 10-u ölüb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 623-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

İlham Əliyev açlışda - Sputnik Azərbaycan
Azərbaycanda karantin rejimi uzadıla bilər - Prezident

Məlumata əsasən, son 24 saat ərzində daha 8 nəfərdə koronavirus aşkarlanıb. Daha bir nəfər isə ölüb. Bununla da ölənlərin sayı 10 nəfərə çatıb. Virusa yoluxan şəxslərdən 288-i sağalıb. Hazırda bu ölkədə 4723 nəfər karantində, 446 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0