Ermənistanda koronavirusa yoluxanların sayı 3 mini keçdi

© AFP 2023 / KAROLY ARVAIТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 145 nəfər artıb. Ermənistanda son gündə 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 43-ə çatıb.

BAKI, 8 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 3029-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
İranda koronavirusa yoluxanların sayı 103 mini keçdi

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 145 nəfər artıb.

Ermənistanda son gündə 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 43-ə çatıb. Xəstəlikdən sağalanların sayı 1218-ə çatıb.

Hazırda Ermənistanda 1758 nəfər virusdan müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0