Əvvəlcə Rusiyanı günahlandırdılar, indi isə...

© REUTERS / Shannon StapletonСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, həmçinin xüsusi prokuror Robert Müllerin ofisinin həyata keçirdiyi araşdırmanın nəticələri ilə də üst-üstə düşür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Dərc olunan məlumatlar Birləşmiş Ştatların Prezidenti Donald Trampın seçki qərargahının 2016-cı il kampaniyası zamanı Rusiya tərəfi ilə əməkdaşlıq etmədiyini göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Fox News" telekanalı ABŞ Prezident Administrasiyası və Milli Kəşfiyyat İdarəsindən olan yüksək vəzifəli mənbələrə istinadən xəbər verir.

ABŞ Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsi tərəfindən həyata keçirilən sorğuların stenoqramları göstərir ki, hüquq mühafizə orqanları və kəşfiyyat idarələrində olan yüksək vəzifəli şəxsləri Trampın seçki qərargahı və Rusiya tərəfi arasında hər hansı bir işbirliyinə dair sübut tapmayıblar.

Bu, həmçinin xüsusi prokuror Robert Müllerin ofisinin həyata keçirdiyi araşdırmanın nəticələri ilə də üst-üstə düşür.

Yaranmış durum daha əvvəl "işbirliyinə dair birbaşa sübutların olduğunu" bildirən komitənin rəhbəri Adam Şiffə qarşı əlavə suallar yaradır.

Qeyd edək ki, daha əvvəl ABŞ Milli Kəşfiyyatının rəhbəri səlahiyyətlərini icra edən Riçard Qrenell ABŞ Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin rəhbəri Adam Şiffi məlumatlandırıb ki, guya Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinə dair 53 səhifəlik stenoqram var.

 

Xəbər lenti
0