01:33 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
109 0 0

Yaxın onilliklər ərzində Yerdə havanın temperaturu o qədər yüksələcək ki, planetin əksəriyyəti Afrikanın günündə olacaq

BAKI, 6 may — Sputnik. Yaxın onilliklərdə bir çox ölkələrdə havanın temperaturu altı min il əvvəlki dövrdə olduğundan daha çox arta bilər. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Proceedings of the National Academy of Sciences" jurnalı yazıb.

Alimlər hesab edirlər ki, 2050-ci ildə bu cür iqlim əhalinin özünə kondisioner almaq imkanı olmayan yoxsul təbəqələrinin həyatı üçün təhlükəli ola bilər.

Mütəxəssislərin fikrincə, orta illik temperaturu sıfırdan 13 dərəcəyədək olan ərazilərin əksəriyyətində 50 ildən sonra bu temperatur göstəricisi 20 dərəcəyə qədər artacaq. Hazırda belə iqlim şəraitində Şimali Afrika, Çinin cənub hissəsi və Aralıq dənizi bölgələrinin sakinləri yaşayırlar.

Bununla yanaşı, hazırda isti sayılan ölkələrin əhalisi artacaq və dünya əhalisinin böyük bir hissəsini təşkil edəcək. Müvafiq olaraq, ssenarilərdən birinə görə, Yer əhalisinin təxminən üçdə biri 29 dərəcədən yuxarı orta illik temperaturda yaşayacaqdır. İndi bu şərtlər Yer səthinin yalnız 0,8 hissəsi üçün xarakterikdir. Bu ərazinin də böyük hissəsini Saxara təşkil edir.

Əsas mövzular