Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidКошка в вольере на территории приюта для бездомных животных
Кошка в вольере на территории приюта для бездомных животных - Sputnik Azərbaycan
Abunə olmaq
Ağıllı pişik qadını ən yaxınlıqdakı mağazaya gətirib və heyvanlar üçün qidaların olduğu rəflərə doğru aparıb

BAKI, 6 may — Sputnik. Meksikada küçə pişiyi yoldan keçənlərdən yemək almaq üçün hiyləyə əl atıb və özünə etibarlı sığınacaq tapıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Məktəb müəllimi Tanya Lizbet Santos Koy Tova (Tania Lizbeth Santos Coy Tova) küçə ilə gedərkən qarşı tərəfdə dayanan ağ pişiyin fərqinə varıb. Heyvan onun ardınca gedib. 33 yaşlı meksikalını pişiyin rəftarı heyrətə gətirib. Ağıllı pişik onu ən yaxınlıqdakı mağazaya gətirib və heyvanlar üçün qidaların olduğu rəflərə doğru aparıb.

Orada o, pişik qidalarından birini pəncəsi ilə qadına göstərib. Tanya pişiyin ac olduğunu və ondan yemək istədiyini başa düşüb. Qadın pişiyin digər alıcılarla da bu hərəkəti təkrarladığını müşahidə edib. Əvvəl ona elə gəlib ki, pişik mağazanın işçilərindən birinindir və öyrədilib. Bu yolla mağazanın işçiləri alıcıların pişiyə qida almasını təmin edir. Lakin mağazanın işçiləri Tanyaya izah ediblər ki, bu, sadəcə küçə pişiyidir. Bu cür davranışla tez-tez müştəriləri ona yemək almağa təhrik etməyə çalışır.

View this post on Instagram

A post shared by Conejo el Gato (@conejo_elgato) on

Tanya pişiyin yaralandığını və onu izlədiyini fərq edib. Həmçinin heyvanın tərk edilmiş bir evdə tək yaşadığını öyrənib. Pişiyin halına ürəyi yanan müəllimə və dostu ona sığınacaq vermək qərarına gəliblər. Rəngi ağ olduğu üçün pişiyə "Konexo" (Conejo - ispanca dovşan) adı veriblər.

Daha əvvəl belə bir məlumat yayılmışdı ki, Tailandın Banqkok şəhərində it yoldan keçənləri mütəəssir etmək üçün özünü xəstə kimi göstərir. Yerli sakinlərin Gae adlandırdıqları it, arxa sol ayağını sürüyərək onu qırıq kimi təqdim etməyə çalışır. İt ətrafında izdiham olduqda ayağa qalxır və normal şəkildə gedir.

Xəbər lenti
0