Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Narahatlıq qayıdır. Neft qiymətləri yenə düşür

© AFP 2023 / LILLIAN SUWANRUMPHAЭлектронная доска с обзором азиатских фондовых индексов, фото из архива
Электронная доска с обзором азиатских фондовых индексов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 20-də Amerikanın WTI neftinin qiyməti tarixdə ilk dəfə mənfi göstəriciyə düşüb. Belə ki, bir barel üçün -40,32 dollar qiymət qeydə alınıb

BAKI, 6 may — Sputnik. Sərmayədarların tələb və təklif arasında disbalans barədə narahatlığının fonunda neft qiymətləri çərşənbə günü səhər saatlarında yenidən düşməyə başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istindən xəbər verir ki, Brent markalı neftin iyul fyuçerslərinin qiyməti (Bakı vaxtı ilə saat 08:54-ə olan məlumata görə) 0,19 faiz, yəni bir barelə görə 30,91 dollara qədər azalıb. WTI neftinin iyun fyuçersləri isə 0,33 faiz ucuzlaşaraq, bir barelə görə 24,49 dollara satılıb.

Bundan əvvəl məlumat verilib ki, texaslı neft hasilatçıları istehsalı azaltmamaq qərarına gəliblər.

Aprelin 20-də Amerikanın WTI neftinin qiyməti tarixdə ilk dəfə mənfi göstəriciyə düşüb. Belə ki, bir barel üçün -40,32 dollar qiymət qeydə alınıb. Bu, neftə tələbatın zəif olması və ABŞ-da neft-qaz anbarlarının dolması ilə əlaqədar olub. Bundan sonra ABŞ Prezidenti Donald Tramp neft-qaz şirkətlərinə dəstək planının hazırlanmasını tapşırıb.

Xəbər lenti
0