Gürcüstanda koronavirusa yoluxanların sayı 600-dən çoxdur

© AP Photo / Zurab TsertsvadzeСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb

BAKI, 6 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 610-a çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 6 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 269-u sağalıb, 9-u ölüb. Hazırda bu ölkədə 5083 nəfər karantində, 505 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,5 milyonu keçib, 240 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0