Karantin götürülür, ancaq o dayanmır...

© REUTERS / CHRISTIAN HARTMANNПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 180 min 634 nəfərə çatıb

BAKI, 5 may — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3 584 174-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Кондиционеры - Sputnik Azərbaycan
SƏHİYYƏ
Düyməni basmağa tələsməyin: koronavirus təhlükəsi heç gözləmədiyiniz yerdədir

Məlumata əsasən, virusa yoluxmuş 251 575 nəfər vəfat edib, 1 167 991-i isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 180 min 634 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 218 011 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0