Heyrət doğuran fəlakət: bizim də "əməyimiz" var – VİDEO

© econet.ruAntarktidada buz piramidalar
Antarktidada buz piramidalar - Sputnik Azərbaycan
Abunə olmaq
2003-cü ildən 2019-cu ilədək peyk Antarktidanın qərb hissəsində buzlaqların əridiyini qeydə alıb, qitənin şərq hissəsində isə buzlaqların həcmi artıb

BAKI, 4 may — Sputnik. NASA buzlaqların əriməsi ilə bağlı iqlim fəlakətinin miqyasını əks etdirən video paylaşıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, videoçarx üçün son 16 il ərzində ICESat-2 peykindən alınan məlumatlardan istifadə olunub. Qurğuda Yerə 10 kHz tezlikli impulslar göndərən lazer hündürlük ölçəni quraşdırılıb. 

2003-cü ildən 2019-cu ilədək peyk Antarktidanın qərb hissəsində buzlaqların əridiyini qeydə alıb. Bu proses nəticəsində dənizin səviyyəsi 14 millimetr artıb. Bu isə öz növbəsində okeanlarda suyun ümumi qalxma səviyyəsinin təxminən üçdə bir hissəsini təşkil edir. Qitənin şərq hissəsində isə buzlaqların həcmi artıb.

Qlobal istiləşmə nəticəsində Antarktidada hər il təxminən 120 giqaton, Qrenlandiyada isə təxminən 200 giqaton buz əriyir.

 

Xəbər lenti
0