Detektivlər 46 maşını qaçıranların yaşını biləndə şoka düşdülər

© AFP 2023 / STRАвтомобили, ожидающие погрузки на судно, фото из архива
Автомобили, ожидающие погрузки на судно, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
On doqquz uşağın olduğu dəstə dilerlərin 46 təzə avtomobilini qaçırıb. Onların ümumi qiyməti 1 138 718 dollar edir

BAKI, 3 may — Sputnik. ABŞ-ın Şimali Karolina ştatının Uinston-Seylem şəhərinin polisi nəhayət yerli dilerlərin qəniminə çevrilən dəstənin izinə düşə bilib. Sputnik Azərbaycan CNN-ə istinadən bildirir ki, martın 17-dən bəri 12 diler mərkəzindən 46 təptəzə maşın oğurlanıb. Altı dilerə hücum isə uğursuz nəticələnib.

Detektivlərin araşdırması nəticəsində məlum olub ki, cinayətkarların yaşı 9-dan 16-dək dəyişir. Tamamilə yeniyetmələrdən ibarət dəstə dilerlərə 1138718 dollar zərər vurub.

19 uşaqdan ibarət dəstənin ancaq 13-nü tapmaq mümkün olub. Onların yaşı az olduğundan həbs edilə bilməzlər. Forsayt dairəsinin Yuvenal Hüquq Departamenti polislərə müvafiq order verməkdən imtina edib. Ancaq zabitlər maşın qaçırılmaları ilə bağlı 19 yaşlı Mikel Binnsi saxlayıblar. Onun bu cinayətlərdə əli olduğu ehtimal edilir, çünki qaçırılan avtomobillərdən biri onun qarajında olub və saxlanılarkən polisə müqavimət göstərib. Güman edilir ki, o elə həmin dəstənin başçısıdır və cinayətlər də onun göstərişləri ilə törədilib.

Xəbər lenti
0