İran parlamenti mayda işini dayandıracaq

© AFP 2023 / ATTA KENAREİran parlamentində yaz sessiyası
İran parlamentində yaz sessiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin indiki sədri Əli Laricani də koronavirusa yoluxanlar arasında idi. O artıq sağalıb. Ancaq seçkilərə qatılmadığından yeni parlamentdə yer almayacaq

BAKI, 3 may — Sputnik. İranın onuncu çağırış parlamenti mayın 26-da rəsmi olaraq işini dayandıracaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə qanunverici orqanın rəyasət heyətinin üzvü Əsədulla Abbasi deyib.

“Parlamentin son iş günü mayın 26-dır”, - Abbasi bildirib. O qeyd edib ki, parlament açıq sessiyaları mayın 20-dək keçirəcək, bundan sonra isə Ramazan bayramına görə bu cür iclaslar keçirilməyəcək.

Bir qədər öncə İranda 11-ci çağırış parlament seçkisi keçirilib. Fevralın 21-də keçirilən seçkilərdə 290 deputat yeri üçün 7 mindən çox adam mübarizə aparıb. Mütəxəssislərin fikrincə, yerlərin mütləq əksəriyyətini – 200-dən çox mandatı – mühafizəkarlar qazanıblar.

Yerlərin dəqiq bölüşdürülməsi bir qədər gec baş tutacaq, çünki bəzi yerlərdə seçkinin ikinci turunun keçirilməsi planlaşdırılırdı. Ancaq koronavirusa görə onun vaxtı apreldən sentyabra keçirilib.

Fevralın 21-dəki seçkidən 2 gün öncə İran hökuməti ilk COVID-19 xəstələri barədə məlumat yaydı. Qeyd edək ki, həm köhnə, həm yeni parlamentin deputatları arasında bu xəstəliyə yoluxanlar var.

Parlamentin indiki sədri Əli Laricani də koronavirusa yoluxanlar arasında idi. O artıq sağalıb. Ancaq seçkilərə qatılmadığından yeni parlamentdə yer almayacaq.

Xəbər lenti
0