02:12 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
17 0 0

MDB məkanında elmi-texniki və innovasiya əməkdaşlığı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi sistemi yaradılıb. Ölkələr iqtisadiyyatlarının inkişafı üçün innovativ sahələri birlikdə müəyyən edəcəklər.

BAKI, 2 may — Aleksey Stefanov, Sputnik. MDB ölkələrinin 2030-cu ilə qədər Dövlətlərarası İnnovativ Əməkdaşlıq Proqramının layihəsi Elmi-Texniki və İnnovasiya Sahəsində Əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın 26-cı iclasında təsdiq edilib. Tədbir aprelin 30-da MDB İcraiyyə Komitəsində videokonfrans rejimində keçirilib.

Proqramı hazırlamış dövlətlərarası qrup 29 magistral əməkdaşlıq istiqamətini təqdim edib. Bunların arasında "Yerüstü şəraitdə, dəniz və hava məkanında intellektual nəqliyyat və logistika sistemləri", "Rəqəmsal istehsal sistemləri və sənaye infrastrukturu", "Yüksək məhsuldar kənd təsərrüfatı, meşə və su təsərrüfatı, o cümlədən aqrologistik həllər, biotexnologiyalar, baytarlıq", "Sensorika, əşyalar interneti texnologiyaları və robot texnikası komponentləri", "Fotonika", "Biotexnologiya və genetika", "Fundamental tədqiqatların infrastrukturu və resursları (meqa-elm)" və s var.

Proqram çərçivəsində həmçinin birgə işin təşkilində universitetlərin, tədqiqat institutlarının və kiçik və orta innovasiya müəssisələrinin imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə, innovasiya məhsullarının kommersiyalaşdırılmasını intensivləşdirməyə, MDB ölkələrinin innovasiya həllərinin və xidmətlərinin qlobal bazarlara ixracını genişləndirməyə imkan verən 11 əsas təşəbbüs təklif olunub.

"Bizim fikrimizcə, bütün bunlar MDB-nin dövlətlərarası innovasiya məkanını təkmilləşdirməyə imkan verəcək və ölkələrin texnoloji və innovasiya potensialından birgə istifadə etmək üçün bərabər imkanları təmin edəcək", - "Rossotrudniçestvo" federal agentliyinin idarə rəisi, MDB ölkələrinin 2030-cu ilə qədər İnnovativ Əməkdaşlıq üzrə Dövlətlərarası Proqramının tərtibatçı qrupunun rəhbəri Sergey Malenko Sputnik-ə deyib.

"Müasir elmtutumlu həllərdən istifadə etməklə yeni texnoloji quruluşa keçərkən bütün ölkələr inteqrasiya, səylərin birləşdirilməsi və dünya innovasiya sistemində səmərəli iştirak etmək zərurəti ilə üzləşirlər. Bu, istənilən ölkənin iqtisadiyyatının innovativ inkişafının zəruri şərtidir. İqtisadiyyatın innovativ inkişafı ölkələr arasında açıq qarşılıqlı əlaqə və təcrübə mübadiləsi olmadan mümkün deyil", - Malenko bildirib.

"Rossotrudniçestvo" Fondunun və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2030-cu ilə qədər MDB ölkələrinin yeni innovativ əməkdaşlıq proqramının hazırlanması məqsədilə dövlətlərarası proqramın tərtibatçıları qrupu yaradılıb. Qrupa tədqiqat mərkəzlərinin və universitetlərin, inkişaf institutlarının, ekspert təşkilatlarının, innovasiya şirkətlərinin, MDB ölkələrinin nazirliklərinin və idarələrinin, eləcə də digər ölkələrin beynəlxalq ekspertlərinin nümayəndələri daxil edilib. Oxşar qruplar milli səviyyədə bir sıra MDB ölkələrində də yaradılıb.

"Yeni proqram layihəsi çərçivəsində dövlətlərarası inkişaf qrupumuz MDB iştirakçısı olan dövlətlərdə kiçik və orta innovasiya müəssisələrinin, universitetlərin və elm mərkəzlərinin tədqiqat fəaliyyətinin, qrant tədqiqat proqramlarının dəstəklənməsi və inkişafı üzrə razılaşdırılmış siyasətin təmin edilməsi mexanizmlərini, vençur investisiya alətlərinin inkişafını, innovasiya ekosistemlərinin, proseslərin, şirkətlərin, o cümlədən startapların effektiv monitorinqinin və təhlilinin aparılmasını, elmi-texniki məktəblərin, texnologiyaların və texnoloji sorğuların xəritələşdirilməsini təklif edir", - Malenko deyib.

O, əlavə edib ki, yeni proqram mövcud mal və xidmət bazarlarının inkişafını təmin etməli və yenilərini yaratmalıdır.

"Fundamental, axtarış və tətbiqi tədqiqatların, eksperimental-layihələndirmə işlərinin aparılması, elmtutumlu və yüksəktexnoloji məhsulların və xidmətlərin yaradılması sahəsində birgə layihələrin həyata keçirilməsi üçün infrastruktur və xidmətlərin birgə səmərəli istifadəsini təşkil və təmin etmək lazımdır. İntellektual mülkiyyət sahəsində milli strategiyaların olması vacibdir", - Malenko bildirib.

"Rossotrudniçestvo" agentliyinin rəsmisi vurğulayıb ki, iqtisadiyyatın bütün sahələri üçün yeni kadrlar hazırlamaq, uşaq bağçasından böyük yaşadək fasiləsiz təhsilin təmin edilməsi həyati əhəmiyyət kəsb edir.

"Yeni iqtisadi vəziyyət və texnologiyaların inkişafı bizi zamanın tələblərini nəzərə alaraq kadrların hazırlanması və yenidən hazırlanması üçün həllər təklif etməyə məcbur edir", - o deyib.

MDB ölkələrinin hökumətlərinə Dövlətlərarası Proqramı razılaşdırmaq qalır. Sənəd artıq payızda MDB Hökumət Başçıları Şurasının iclasında təsdiq edilə bilər.

Əsas mövzular