"Əri necə öldürməli?" kitabını yazdı və həyat yoldaşını öldürdü

CC0 / Free-Photos / TypewriterПишущая машинка, фото из архива
Пишущая машинка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prokurorun dediyinə görə, son vaxtlar onların maliyyə problemləri olub. Nensi Krempton-Brofi də ümid edirmiş ki, ərini öldürməklə onun sığortasına yiyələnərək maliyyə cəhətdən sərbəst ola biləcək

BAKI, 30 aprel — Sputnik. Amerikalı yazıçı, “Əri necə öldürməli?” hekayə-təlimatının müəllifi Nensi Krempton-Brofini öz əri Den Brofinin ölümündə günahlandırırlar. Qətlə səbəb kimi isə kişinin 1 milyon dollarlıq sığortası göstərilir.

Sputnik Azərbaycan bildirir ki, hadisənin detalları barədə People yazır.

Nəşrin məlumatına görə, müstəntiqlər Den Brofinin 1,15 milyon dollarlıq sığorta ödəməsinin yeganə benefisiarı (alıcısı) olduğunu müəyyənləşdiriblər. Bundan başqa, cütlüyün ümumilikdə 312 min dollarlıq kapitalı varmış.

Prokurorun dediyinə görə, son vaxtlar onların maliyyə problemləri olub. Nensi Krempton-Brofi də ümid edirmiş ki, ərini öldürməklə onun sığortasına yiyələnərək maliyyə cəhətdən sərbəst ola biləcək. Müstəntiqlər iddia edirlər ki, qadın evi satıb dünya səyahətinə getməyə hazırlaşırmış.

Yazıçı isə, People-ın yazdığına görə, günahını boynuna almayıb.

​63 yaşlı Den Brofi 2018-ci il iyunun 2-də qətlə yetirilib. O, 10 ildən çox işlədiyi Portlenddəki Oreqon Kulinariya İnstitutunda odlu silahdan ölümcül yara alıb. Üç ay sürən istintaqdan sonra polis şübhəli şəxs qismində onun arvadını saxlayıb. Yazıçı qadını həmçinin odlu silahdan qanunsuz istifadədə suçlayırlar.

Xəbər lenti
0