Türkiyədə istirahət etmək istəyənlərə xoş xəbər: bu il qiymətlər artmayacaq

© AP Photo / Emrah GurelСтамбул, фото из архива
Стамбул, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il tamamilə turist olmasa və ya əksinə, otellər dolsa, qiymətlər müqavilələrdə razılaşdırıldığı kimi qalacaq

BAKI, 30 aprel — Sputnik. Türkiyə otelləri koronavirus pandemiyasının bitməsindən sonra qiymətləri artırmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır bildirib.

"Bu il pandemiyaya görə qiymət artımı dəqiq olmayacaq, buna heç kim şübhə etməsin. Bu mövsüm üçün bütün müqavilələri turizm agentlikləri ilə hələ keçən il bağlamışıq. Və biz qiymətləri geri tarixlə artıra bilmərik. Bu il tamamilə turist olmasa və ya əksinə, otellər dolsa, qiymətlər müqavilələrdə razılaşdırıldığı kimi qalacaq. Bundan əlavə, müştəriləri cəlb etmək üçün bəzi otellər hətta əlavə endirimlərə və kampaniyalara əl ata bilərlər, lakin bu, ümumiyyətlə qiymətlərin düşməsi demək deyil", – Çorabatır bildirib.

Onun sözlərinə görə, pandemiyadan sonra otellərdə dezinfeksiya vasitələrinə və daha çox işçi heyətinə tələbatın artması səbəbindən xərclər arta bilər.

"Lakin dövlət hazırda pandemiyadan əziyyət çəkmiş sahələri və xüsusilə turizm sahəsini dəstəkləyir. Bu dəstək tədbirləri indi bizim üçün kifayətdir, əgər başqa bir şey lazım olsa, əminəm ki, hökumət turizm sektorunu darda qoymayacaq", - Türkiyə Otelçilər Federasiyasının rəhbəri bildirib.

O, böhranın Türkiyənin turizm sənayesini sarsıtmayacağına və pandemiyanın bitməsindən sonra turistlərin Türkiyəyə daha fəal səfər edəcəklərinə ümid etdiyini bildirib.

Xəbər lenti
0