Hansı qan qrupu olan insan koronavirusa daha həssasdır?

© AP Photo / Claudio Furlan /LaPresseАнализ на кровь, фото из архива
Анализ на кровь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada ümumilikdə 3 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 210 mindən artıq insan dünyasını dəyişib.

BAKI, 28 aprel — Sputnik. Koronavirus pandemiyası zamanı ikinci qan qrupu olan insanlar risk altında ola bilər. Sputnik Azərbaycan "Moskva" agentliyinə istinadən xəbər verir ki, bu barədə rusiyalı uşaq cərrahı, Rusiyanın əməkdar həkimi Vladimir Kruqlı bildirib.

"Ölənlər arasında ikinci qan qrupu olan insanlar daha çox olub", - həkim deyib.

Onun sözlərinə görə, koronavirusdan ölən insanlardan 40 faizinin qan qrupu ikinci olub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusun yayılmasını pandemiya elan edib. Dünyada ümumilikdə 3 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 210 mindən artıq insan dünyasını dəyişib.

Xəbər lenti
0