Şimali Koreyalı diplomat: "Kim sağdır, amma..."

© AFP 2023 / STR / KCNA VIA KNS / Президент КНДР Ким Чен Ын , фото из архив
Президент КНДР Ким Чен Ын , фото из архив - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən onun həqiqətən də hər hansı bir əməliyyat və ya nəsə keçirdiyinə tam əmin deyiləm. Lakin bir şey aydındır ki, o, gəzə bilmir", - deyə Txe Yen Xo bildirib.

BAKI, 28 aprel — Sputnik. Şimali Koreya lideri Kim Çen In sağdır, lakin onun ayaqları ilə bağlı ciddi problemləri var. Sputnik Azərbaycan xəbər verir ki, bunu "CNN" telekanalına Şimali Koreyanın sabiq diplomatı Txe Yen Xo bildirib.

O vurğulayıb ki, Kim Çen Inın babası Kim İr Senin ad günü ilə bağlı şənliklərə qatılmaması həqiqətən də yolverilməzdir. Bununla əlaqədar, sabiq diplomat hesab edir ki, Kim Çen In kömək olmadan qalxa bilmir və ya normal olaraq hərəkət edə bilmir.

"Mən onun həqiqətən də hər hansı bir əməliyyat və ya nəsə keçirdiyinə tam əmin deyiləm <...> Lakin bir şey aydındır ki, o, gəzə bilmir", - deyə Txe Yen Xo bildirib.

Telekanal vurğulayır ki, sabiq diplomat onun sözlərini təsdiqləyəcək sübut təqdim etməyib.

Xatırladaq ki, aprelin 25-i Çin rəhbərliyi Şimali Koreyaya tibb işçilərinin də daxil olduğu xüsusi nümayəndə heyəti göndərib. Nümayəndə heyəti səhhətində problemlərin olduğu iddia olunan Şimali Koreya lideri Kim Çen Inla bağlı məsləhətləşmələr həyata keçirəcək.

Qeyd edək ki, Cənubi Koreyanın "Daily NK" nəşri daha əvvəl Şimali Koreyadan olan mənbəyə istinadən xəbər verib ki, Kim Çen In hazırda ürək-damar sistemi ilə bağlı əməliyyatdan sonra müalicə kursu alır.

"Reuters" xəbər verir ki, Çin nümayəndə heyətinə bu ölkənin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin yüksək vəzifəli məmuru rəhbərlik edir. Nümayəndə heyəti Pekindən Şimali Koreyaya aprelin 23-ü gedib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə yayılan məlumatlarda Kim Çen Inın vəfat etdiyi bildirilib.

Xəbər lenti
0