15:36 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
48 0 0

Qızının sözlərinə görə, anası koronavirus üçün üç dəfə test almağa çalışıb, lakin buna nail ola bilməyib. Bunun əvəzinə, həkimlər ona simptomatik müalicə təyin ediblər və evdə "istirahət"ə göndəriblər.

BAKI, 25 aprel – Sputnik. Farminqton Hillsdəki (Miçiqan ştatı) hospitallardan birinin laboratoriya diaqnostikasının həkimi Debora Geytvud yeni tip koronavirus infeksiyası üçün testi gözləmədən dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə FOX 2 Detroit telekanalına qadının qızı danışıb.

Mart ayında 63 yaşlı qadının temperaturu yüksəlib və quru öskürək ortaya çıxıb. Geytvud həkimlərə müraciət edib. Onlar COVİD-19 simptomlarının inkişaf etdiyini bildiriblər və qadını test etdirmədən özünütəcridə göndəriblər.

Qızının sözlərinə görə, anası koronavirus üçün üç dəfə test almağa çalışıb, lakin buna nail ola bilməyib. Bunun əvəzinə, həkimlər ona simptomatik müalicə təyin ediblər və evdə "istirahət"ə göndəriblər.

Bir müddətdən sonra qadının vəziyyəti pisləşib və ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir neçə gün sonra Debora Geytvud xəstəliyin ağırlaşması nəticəsində ölüb.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxma hallarının ümumi sayı 890 524 nəfərə çatıb. Son sutka ərzində 28 819 yeni yoluxma halı aşkarlanıb. 51 017 xəstə ölüb. ABŞ dünyanın bütün ölkələri arasında istər xəstələnənlərin, istərsə də COVİD-19-dan ölənlərin sayına görə birinci yerdədir.

Əsas mövzular