İranda koronavirusdan ölənlərin sayı 5,5 mini keçdi

© AP Photo / Vahid SalemiСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutka ərzində İranda 1168 yeni yoluxma faktı qeydə alınıb. İndiyədək İranda COVID-19 virusuna yoluxanların sayı 88194-ə çatıb və virusa yoluxmuş 66596 nəfər sağalıb

BAKI, 25 aprel — Sputnik. "Son bir gün ərzində İranda koronavirusdan 93 nəfər vəfat edib, bununla da ölkədə indiyədək bu virusdan ölənlərin sayı 5574-ə yüksəlib".

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, son sutka ərzində İranda 1168 yeni yoluxma faktı qeydə alınıb: "İndiyədək İranda COVID-19 virusuna yoluxanların sayı 88194-ə çatıb və virusa yoluxmuş 66596 nəfər sağalıb".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,7 milyonu ötüb. Virusa yoluxan şəxslərdən 190 mini ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0