Dünya heç gözləmirdi -Tramp bunu da etdi

© REUTERS / Jonathan Ernst Президент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Bu məhdudiyyətlər ABŞ-da daimi yaşayışa icazə almaq istəyənlərə - Green card sahiblərinə şamil olunacaq.

BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, immiqrasiyanın müvəqqəti qadağan edilməsinə dair sərəncam imzalayacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti keçirdiyi mətbuat konfransında bildirib.

"Bu fasilə 60 gün davam edəcək. Bundan sonra mən və bir qrup insan iqtisadi şərtlərdən asılı olaraq onun uzadılması və ya dəyişdirilməsi  barədə qərar verəcəyik", - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, bu məhdudiyyətlər ABŞ-da daimi yaşayışa icazə almaq istəyənlərə - Green card sahiblərinə şamil olunacaq.

Konkret tarix barədə danışan Tramp deyib ki, böyük ehtimalla o qadağaya dair sərəncamı çərşənbə günü imzalayacaq.

Лидер Северной Кореи Ким Чен Ун и президент США Дональд Трамп беседуют в саду отеля Metropole - Sputnik Azərbaycan
Donald Tramp Şimali Koreya liderinin xəstəliyi barədə məlumatlara reaksiya verib

Qeyd edək ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 2 565 059-a çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 177 496 nəfər vəfat edib, 679 755-i isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 825 min 183 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 204 178 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0