Sayları 2.5 milyonu da keçdi

© REUTERS / LIM HUEY TENGТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da isə son sutkada yeni tip koronavirusdan 1684 nəfər ölüb. Bununla da virusdan ölənlərin sayı 42374 nəfərə çatıb

BAKI, 21 aprel — Sputnik. Dünyada yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 2 milyon 500 min nəfəri keçib.

Sputnik Azərbaycan-ın Con Hopkins İnstitutuna istinadən verdiyi məlumata görə, dünyada virusa 2503067 nəfər yoluxub.

Pandemiyadan ölənlərin sayı isə 171790 nəfərdir. Dünya üzrə 659106 nəfər xəstəliyə qalib gəlib.

ABŞ-da isə son sutkada yeni tip koronavirusdan 1684 nəfər ölüb. Bununla da virusdan ölənlərin sayı 42374 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ ilk sıradadır.

Xəbər lenti
0