15:41 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

İrakli Çikovaninin sözlərinə görə, növbəti 3-4 həftə ərzində ölkədə koronavirusun yayılmasının pik dövrünün olacağı gözlənilir

BAKI, 21 aprel — Sputnik. Gürcüstanda fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Hökumətin qərarı təsdiqlənmək üçün Prezidentə göndərilib. 

Çikovaninin sözlərinə görə, növbəti 3-4 həftə ərzində ölkədə koronavirusun yayılmasının pik dövrünün olacağı gözlənilir.

Qeyd edək ki, qonşu ölkədə koronavirus pandemiyasına görə martın 21-də fövqəladə vəziyyət elan edilib. Daha sonra ölkədə fövqəladə vəziyyətin mayın 10-dək uzadılmasına qərar verilmişdi.

Əsas mövzular