08:24 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Lukaşenko vurğulayıb ki, Belarus koronavirusla mübarizədə digər ölkələrə nisbətdə daha yaxşı hazırlıqlı olub

BAKI, 21 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, koronavirus pandemiyası ilə bağlı onun ölkəsini dişləmək istəyənlər var. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Lukaşenko vurğulayıb ki, Belarus koronavirusla mübarizədə digər ölkələrə nisbətdə daha yaxşı hazırlıqlı olub: "Ölkə səhiyyə sistemində lazımi strukturları qoruyub, saxlamışdı. Hazırda koronavirus siyasətə çevrilib. Hamı nəyəsə görə Lukaşenkonu, Belarusu dişləməyə çalışır".

Qeyd edək ki, Belarus koronavirus pandemiyası ilə bağlı sərt karantin tədbirləri tətbiq etməkdən imtina edib. Lukaşenko dəfələrlə digər ölkələrdə infeksiya ətrafında baş verənləri psixoz adlandırıb. Son məlumatlara görə, Belarusda 6264 nəfər koronavirusa yoluxub, 51 nəfər ölüb.

Əsas mövzular