"Koronavirusun yuvasını tapmışam". Gürcüstanlı gənc Saakaşvili kitabxanasına od vurdu

© AFP 2023 / JANEK SKARZYNSKI Бывший президент Грузии Михаил Саакашвили в Варшаве, 6 августа 2017 года
Бывший президент Грузии Михаил Саакашвили в Варшаве, 6 августа 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Katamadze heç kimliyini də gizlətməyib və hətta "Facebook" sosial şəbəkəsində cinayət yerindən birbaşa videoyayım təşkil edib.

BAKI, 21 aprel — Sputnik. Tbilisidə Pasxa bayramı günü Mixeil Saakaşvili adına Prezident Kitabxanasının yandırılmasında şübhəli bilinən 29 yaşlı Badri Katamadze saxlanılıb.

Sputnik Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) saxlanılmış gəncin əvvəllər mühakimə olunduğunu deyib.

Katamadzenin törətdiyi yanğın nəticəsində binanın təxminən 80 kv.m sahəsi yanıb. Polis günahkarı isti izlərlə saxlaya bilib. Lakin Katamadze heç kimliyini də gizlətməyib və hətta "Facebook" sosial şəbəkəsində cinayət yerindən birbaşa videoyayım təşkil edib. Kadrlarda alovlanma anı aydın görünür və şüşələrin qırılma səsləri eşidilir.

Videoda Katamadze öz hərəkətlərini belə izah edir: "Koronavirusun yuvasını, haradan yayıldığını tapmışam. Mən sadəcə bu yuvanı dağıtmaq istəyirəm".

DİN-in məlumatına görə, araşdırma Gürcüstanın Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin "a" yarımbəndinə əsasən, yəni "Predmetin yandırılması zamanı ona zərər vurulması və ya məhv edilməsi" maddəsi ilə aparılır və Katamadze 3 ildən 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Kitabxananın adını daşıdığı Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili isə baş vermiş hadisədə özünün əsas siyasi rəqibi Bidzina İvanişvilinin əlini gördüyünü deyib.

Xəbər lenti
0