Şimali Koreya lideri kritik vəziyyətdədir – İDDİA

© Sputnik / ТАСС/POOL / Mediabanka keçidГлава КНДР Ким Чен Ын
Глава КНДР Ким Чен Ын - Sputnik Azərbaycan
Abunə olmaq
Kim Çen In aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı tədbirdə iştirak etməyib, bu isə onun səhhəti ilə bağlı bir sıra şübhələrə səbəb olub.

BAKI, 21 aprel — Sputnik. ABŞ Şimali Koreya lideri Kim Çen Inın əməliyyatdan sonra kritik vəziyyətdə olduğuna dair daxil olan kəşfiyyat məlumatlarını araşdırır.

Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Vaşinqtona informasiyaya birbaşa çıxışı olan amerikalı nümayəndələrdən biri ötürüb. 

Başqa bir mənbə isə CNN telekanalına bildirib ki, Şimali Koreya liderinin səhhətinə dair şübhələr tamamilə doğru olsa da, onun sağlamlığı üçün təhlükənin nə qədər ciddi olduğunu söyləmək hələ ki, tezdir.

Kim Çen In aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı tədbirdə iştirak etməyib, bu isə onun səhhəti ilə bağlı bir sıra şübhələrə səbəb olub. Bundan dörd gün əvvəl o, hökumət iclasında iştirak edib.

Cənubi Koreyada yerləşən və Şimali Koreya haqqında məlumatlar verən "Daily NK" onlayn nəşri Kim Çen Inın aprelin 12-dən etibarən dəfələrlə ürək-damar sisteminin müalicəsi ilə bağlı prosedurlardan keçdiyini bildirir. Məlumata görə, həddindən artıq siqaret çəkmək, artıq çəki və normadan artıq işləmə səbəbindən Kim Çen Ina müalicə lazım olub.

Bu arada Yonhap agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən xəbər verir ki, Kim Çen Inın səhhətində ciddi problemlərin olduğu haqqında xəbərlər həqiqətə uyğun deyil. 

"Bildiyimə görə, (Kim Çen Inın səhhəti ilə bağlı problemlərin olduğunu – red.) güman etməyə imkan verən heç nə müşahidə olunmayıb", - Şimali Koreya istiqamətinə cavabdeh hökumət mənbəsi bildirib.

Hökumətdəki digər mənbə də Şimali Koreya liderinin ağır vəziyyətdə olduğunu göstərən heç bir əlamətinin qeydə alınmadığını deyib.

"Bu doğru deyil", - o söyləyib.

Analoji məlumatı Cənubi Koreya Respublikası prezident administrasiyasının nümayəndəsi də təsdiqləyib.

"İndiyə qədər Şimali Koreyanın daxilində spesifik tendensiyalar müşahidə edilməyib. Biz sədr Kimin sağlamlıq problemləri barədə şayiələri heç nə ilə təsdiq edə bilmirik", - administrasiyanın nümayəndəsi Kan Min Sok bildirib.

Xəbər lenti
0